Bakı Voleybol klubu
“Bank of Azerbaijan” ASC öz Korporativ Sosial Məsuliyyət(KSM) Siyasəti çərçivəsində “Bakı” VK ilə sponsorluq müqaviləsi imzalamışdır. KSM Siyasəti çərçivəsində reallaşdırılan bu layihə müddətində “Bank of Azerbaijan” ASC – nin maliyyə dəstəyi ilə Azərbaycanda qadın voleybolu inkişaf etdiriləcək, və həmçinin uşaqların voleybol ilə məşqul olunması üçün maraq artırılacaq.
İmzalanmış müqaviləyə əsasən, voleybol üzrə ölkə çempionatının və beynəlxalq oyunlarının keçirildiyi dövrü və onun işıqlandırılması zamanı “Bank of Azerbaijan” ASC - nin reklam spotları və bannerləri klubun oyun meydançasında quraşdırılacaqdır. Voleybol Klubunun oyunçuları, daxili və xarici bütün rəsmi oyunlarında bankın loqosu olan yeni formalarda çıxış edəcəklər.
Rəsmi Məzənnələr
19.05.2012









