Fiziki şəxslərin köçürmələri
Bank of Azerbaijan Azərbaycan Respublikasının həm
rezident və həm də qeyri-rezidentləri olan fiziki şəxslərə manatla və
valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə
bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir.
Bankda
fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS sistemləri həm ölkə
daxilində, həm xaricdə də köçürmələri sürətlə və keyfiyyətlə həyata
keçirmək imkanını verirlər.
SWIFT
S.W.I.F.T. təşkilatı - Ümumdünya Banklararası Maliyyə
Telekommunikasiyalar Cəmiyyətinin üzvüdür. S.W.I.F.T. maliyyə
telekommunikasiyaları sahəsində aparıcı beynəlxalq təşkilatdır və
hal-hazırda dünyanın 208 ölkəsindən 8,300 artıq maliyyə təşkilatını
birləşdirir. SWIFT təklif etdiyi və reallaşdırdığı maliyyə məlumatının
ötürülməsi konsepsiyası, formatı və qaydaları hal-hazırda ümumən qəbul
edilmiş beynəlxalq standarta çevriliblər.
AZIPS
SWIFT şəbəkəsinin bazasında 50-dən çox milli ödəniş sistemi yaradılmışdır. Azərbaycan MDB məkanında ilk ölkədir ki, SWIFT əsasında öz milli ödəniş sistemini (AZİPS) yaratmışdır.
XÖHKS
Bu sistem kommunal, habelə kiçik və təcili olmayan ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulur.
Rezidentlərin pul köçürmələri:
Hər AR rezidenti bir əməliyyat günü ərzində bank köçürmələri və ya müxtəlif təcili pul köçürmələri sistemləri vasitəsilə şəxsı məqsədlə 1000 ABŞ dollarınadək və ya bu məbləğin digər valyutada ekvivalentini xaricdəki istənilən hesaba köçürə bilər.
Azərbaycan vətəndaşları bir il ərzində istənilən məbləğdə xaricdə yaşayan və ya orada müvəqqəti müddətdə olan yaxın qohumlarına pul vəsaiti köçürə bilərlər (qohumluq əlaqələrinin həqiqiliyini təsdiqləyən sənədlərin təqdim edilməsi vacibdir).
Öncədən Azərbaycana xaricdən gətirilən nağd pul və ya rezident-banklardan birindəki hesaba köçürülmüş vəsait eyni məbləğdə ölkə xaricinə köçürülə bilər (hesabdan çıxarışın və ya vəsaitin nağd idxalını təsdiqləyən gömrük bəyannaməsinin təqdim edilməsi şərti ilə).
Qeyri Rezidentlərin pul köçürmələri:
Azərbaycan vətəndaşları kimi, qeyri-rezidentlər də bir əməliyyat günü ərzində bank köçürmələri və ya müxtəlif təcili pul köçürmələri sistemləri vasitəsilə şəxsı məqsədlə 1000 ABŞ dollarınadək və ya bu məbləğin digər valyutada ekvivalentini xaricdəki istənilən hesaba köçürə bilər. Eyni zamanda nağd idxalı təsdiq edən gömrük bəyannaməsi əsasında və ya xaricdən daxil olan məbləğdə köçurmələr həyata keçirilə bilərlər.
Xarici vətəndaşlar həmçinin AR ərazisində qazandıqları vəsaitləri xaricə köçürə bilərlər, bunun üçün əlavə olaraq sahibkarın əmək haqqı məbləğini, həmin məbləğdən gəlir vergisinin ödənişini təsdiq edən arayış təqdim olunmalıdır.
Rəsmi Məzənnələr
19.05.2012









