hit counter joomla

Şərtlər

Adi ipoteka kreditləri

 Güzəştli ipoteka kreditləri

 Maksimal məbləğ

50 000 AZN

35 000 AZN

 Maksimal illik faiz dərəcəsi

8%

4%

 Maksimal müddət

 25 il

 30 il

 İlkin ödəniş

 25%

 20%

 

Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:


•    Kredit Azərbaycan manatı ilə verilməlidir;
•    Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
•    İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
•    Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 75%-dən çox olmamalıdır (güzəştli ipoteka kreditləri üçün 20%-dən);
•    İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 60%-dən çox olmamalıdır;
•    Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
•    Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
•    Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
•    İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
•    İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
•    Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
•    İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
•    Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
•    AİF tərəfindən müəyyən olunan digər tələblər.


İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:


1.    Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 
  • Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 
  • Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər); 

2.    Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).


Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

 

Rəsmi Məzənnələr

19.05.2012

1 USD
0.7858
1 EUR
0.9958
1 GBP
1.2384
1 TRL
0.4291
1 RBL
0.0253