Kredit məhsulları
-
Mikro-kreditlər
- Bank of Azerbaijan » ASC-nin mikro kredit siyasəti müştərilərlə uzunmüddətli, qarşılıqlı faydalı və şəffaf münasibətlərin qurulmasına əsaslanır.
Bankın mikro kreditləri sahibkarlıq fəaliyyəti ilə bağlı cari ehtiyacların qarşılanması və həyata keçirilməsi baxımından bazar konyukturunun tələblərinə cavab verir.
- Bank of Azerbaijan » ASC-nin mikro kredit siyasəti müştərilərlə uzunmüddətli, qarşılıqlı faydalı və şəffaf münasibətlərin qurulmasına əsaslanır.
-
Kredit
- İqtisadiyyatın müxtəlif sahələrini maliyyələşdirməkdə böyük təcrübəsi olan "Bank of Azerbaijan" ASC biznes kreditlərinin verilməsinə mühüm əhəmiyyət verir. Təklif etdiyimiz kreditlər dövriyyə vəsaitlərinin artırılması və əsas vəsaitlərin alınması məqsədilə verilir. Verilmiş kreditlərin qaytarılması zamanı müştərilərin sifarişlərinə fərdi şəkildə baxılır və kreditin annuitet və azalan qaydada qaytarılmasına imkan yaradılır. Eyni zamanda müştərinin biznesində mövsümilik müşahidə olunduqda ödəniş cədvəlinin fərdi şəkildə tərtib olunması mümkündür. Potensial müştərilərə verilmiş kreditlərin şərtləri onun biznesinin təhlilindən sonra müəyyənləşir və onların istəklərinə maksimum cavab verən şərtlərlə kreditin verilməsi həyata keçirilir.
-
Bərpa olunan kredit xətləri
- Kredit xəttinin bu növü müştəriyə imkan verir ki, kredit xətti müqaviləsində göstərilən müddət ərzində əsas borc və ya onun bir hissəsinin ödənilməsindən sonra, qəbul olunmuş limit çərçivəsində yenidən pul vəsaitləri əldə etsin. Kredit xəttinin qalıq məbləğinə hesablanan faizlərin ödənişi aylıq həyata keçirilir, kredit xəttinin əsas hissəsi isə müqavilə müddətinin son 3 (üç) ayında bərabər hissələrlə qaytarılır.
-
Bərpa olunmayan kredit xətləri
- Kreditləşmənin bu növü müştərilərimizə imkan verir ki, kredit xəttindən planlaşdırılmış qaydada hissə hissə istifadə etsinlər. Əgər kreditin əsas borcu üzrə ödəniş həyata keçirilsə, xəttin bu hissəsinin yenidən əldə edilməsi mümkün deyildir. Bərpa olunan kredit xəttində olduğu kimi, bu növ kredit məhsulunda da qalıq məbləğinə hesablanan faizlərin ödənişi aylıq həyata keçirilir. Kredit xəttinin əsas hissəsi isə müqavilə müddətinin son 3 (üç) ayında bərabər hissələrlə qaytarılır.
-
Overdraftlar
- Overdraft - hesabda olan vəsaitin həcmindən çox olan ödənişlərin həyata keçirilməsi üçün əldə edilən kreditin növüdür. Əsasən, kassada vəsait çatışmazlığının aradan qaldırılması məqsədilə verilir. Bu növ kredit məhsulundan istifadə edən müştərilərimiz üçün limit ayrılır. Bu limit və 1 (bir) il müddətinə bağlanan müqavilə çərçivəsində müştərilər, kreditin əsas hissəsini hər 3 (üç) aydan bir tam şəkildə bağlamaq şərti ilə vəsaitlərdən istifadə edə bilərlər.
-
SKMF xətti ilə verilən kreditlər
- "Bank of Azerbaijan" ASC Sahibkarliğa Kömək Milli Fondunun vəsaitləri hesabına Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənayesi sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə sahibkarlıq subyetlərinə güzəştli kreditlərin verilməsini həyata keçirir. Bu kredit növü üzrə daha ətraflı məlumatı www.anfes.gov.az saytından almaq olar.
Rəsmi Məzənnələr
19.05.2012
1 USD
0.7858
1 EUR
0.9958
1 GBP
1.2384
1 TRL
0.4291
1 RBL
0.0253









