Sms Xəbərdarlıq
Bank of Azerbaijan Plastik kartları əldə etmiş müştərilərimiz SMS Xəbərdarlıq (Notification) xidmətinə qoşularaq real zamanda öz kart hesablarına dair məlumat əldə edə bilərlər.
SMS
Xəbərdarlıq xidməti vasitəsilə kart sahibləri mobil telefonuna kartı
üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq əldə edirlər.
"SMS-xəbərdarlıq" xidmətinə qoşulma:
Xidmətə qoşulmaq çox sadədir. Bunun üçün istənilən bankomata yaxınlaşıb sistemə qoşula bilərsiniz:
• Kartınızı bankomata daxil edin vә kartın PİN-kodunu yığın;
• Bankomatın ekranında açılan menyuda veriləcək təlimatların dilini seçin;
• Әsas menyuda "ÖDƏMƏLƏR" düymәsini seçdikdәn sonra açılan pәncәrәdә "XİDMƏTLƏR" düyməsini seçin;
• "SMS NOTIFICATIONS" seçdikdәn sonra öz Azercell və ya Nar Mobile nömrәnizi daxil edin; daxil etdiyiniz nömrә düzgündürsә, davam etmәk üçün müvafiq düymәni basın;
• "TƏSDİQ ET" düymәsini seçin.
Tәsdiq әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS mesajı gәlәcәkdir. Mesaj almadıqda "Azericard" şirkətinin Yardım Xidmәtinә zәng edin.
Azericard Əlaqə Mərkəzi: +99412 5984697/5984376 (ölkədaxili stasionar telefonlardan zənglər pulsuzdur), 194 (yalnız stasionar telefonlardan zəng etmək üçün).
Xidmətin aylıq istifadə haqqı - 1.30 AZN təşkil edir.
Rəsmi Məzənnələr
19.05.2012









