Biz müştərilərimizə manat və xarici valyutada hesablaşma-kassa əməliyyatları üzrə tam spektrdə xidmətlər təklif edirik.
- Hesabların açılması
- Ölkədaxili və beynəlxalq pul köçürmələri
- Valyuta mübadiləsi (konvertasiya) əməliyyatları
- Nəğd pul vəsaitlərinin hesaba daxil olması və ya hesabdan nəğd pulun verilməsi və s.
Korporativ Müştərilərə bankımızda hesab açmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
- Vergilər Nazirliyindən Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
- Müvafiq vergi orqanları tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər açılan hesaba)
- Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
- Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
- Bankımız tərəfindən təqdim edilən imza və möhür nümunələri olan vərəqə - 2 nüsxədə (notarial qaydada təsdiq edilmiş)
- Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim edilir)
- Bank hesabı müqaviləsi (bank tərəfindən təqdim edilir)