Kredit siyasəti
"Bank of Azerbaijan" ASC-nin kredit siyasətinin əsasını müştərilərin istək və tələbatlarına fərdi yanaşmaq və etibarlılıq prinsiplərinə söykənən qarşılıqlı möhkəm əməkdaşlıq yaratmaq təşkil edir.
Müştərilərin kreditləşməsində böyük təcrübə qazanmış "Bank of Azerbaijan" ASC geniş spektrdə kredit məhsulları təklif edir. Kredit məhsulları aşağıdakı məqsədlər üçün təqdim olunur:
- Əsas vəsaitlərin alınması
- Dövriyyə vəsaitlərinin artırılması
- Kassa üzrə kəsirlərin maliyyələşdirilməsi
Bizim kredit xidmətlərimizdən istifadə etmək niyyətiniz olduğu təqdirdə, Siz bankımızın satış məntəqələrinə - filiallara müraciət edərək Korporativ Müştərilərin Kreditləşməsi üzrə mütəxəssislərdən lazımi məlumatları əldə edə bilərsiniz.
Kreditləşmə "Bank of Azerbaijan" ASC və Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına həyata keçirilir. Bankımız müştərilərə maliyyələşmənin aşağıdakı növlərini təklif edir:
- Kredit
- Bərpa olunan kredit xətti
- Bərpa olunmayan kredit xətti
- Mikro kreditlər
- SKMF-in vəsaiti hesabına verilən kreditlər
- Overdraft
Təklif olunan kreditin şərtləri kreditin məqsədi, məbləği, müddəti, təminatı, müştərinin biznesinin növü, maliyyə vəziyyəti, onun bankla əməkdaşlıq dövrü, kredit tarixçəsi və s. bu kimi amillərdən asılıdır.
Aşağıdakı tələblərə cavab verən sahibkarlar (hüquqi şəxs və fiziki şəxs-sahibkarlar) bankımızın kredit məhsullarından istifadə edə bilərlər (xüsusi hallarda istisnalar mümkündür):
- Sahibkarın biznesi Azərbaycan Respublikasında qeydiyyata alınmalıdır
- Biznes fəaliyyətinin müddəti minimum 6 (altı) ay olmalıdır
- Son bir il ərzində fəaliyyət mənfəətli olmalıdır
- Sahibkarın problemsiz kredit tarixçəsi olmalıdır
- Sahibkar təminat təqdim edə bilməlidir
Kredit verən zaman bankımız təminatın aşağıdakı növlərini nəzərdən keçirir:
- Daşınmaz əmlak
- Daşınar əmlak
- Mal-material ehtiyyatları
- Reytinqi yüksək olan sifarişçilər tərəfindən qəbul edilən invoyslar
- Qiymətli kağızlar
- Reytinqi yüksək olan təşkilatlatın zəmanətləri
- Qiymətli metallar
Rəsmi Məzənnələr
19.05.2012









