hit counter joomla

Əmək Haqqı Layihəsi

Müasir dövrün tələbatlarına uyğun olaraq, artıq əməkdaşların avtomatlaşdırılmış qaydada əmək haqqı ilə təmin edilməsi zərurəti meydana çıxmışdır. Biz Sizə "Bank of Azerbaijan" ASC-nin Əmək Haqqı Layihəsinə qoşulmağı təklif edirik! Bununla, Siz aşağıdakı məsələlərdə büdcənizə qənaət etmiş və fayda əldə etmiş olacaqsınız:

  • Pul vəsaitlərinin daşınması ilə bağlı bütün xərclərdən azad olacaqsınız
  • İnzibati xərcləri azaldacaqsınız
  • Əmək haqqı verilməsi prosesinin iştirakçılarının sayını minimuma endirərək, tam şəffaflığa nail olacaqsınız
  • Əmək haqqının hesablanması və verilməsi üzrə məsul strukturun (kassirlər, mühasiblər) saxlanılması xərclərini minimuma endirərək, işin səmərəliyini artıracaqsınız
  • Vaxtınıza qənaət etmiş olacaqsınız və s.

Razılaşma əsasında, Sizin müəssisənizin yaxınlığında bankomatların yerləşdirilməsi nəzərə alına bilər.
Bankımız müəssisənizin hər bir əməkdaşına "VISA International" beynəlxalq ödəniş sisteminin plastik kartlarını təqdim edəcəkdir. Bu kartlar vasitəsilə günün istənilən vaxtı bankımızın ATM-lərindən əmək haqqını əldə etmək, həmçinin ödənişlər etmək mümkündür. Bütün bunlardan əlavə, "Bank of Azerbaijan" ASC ilə Əmək Haqqı layihəsinə qoşulan hər bir müəssisənin əməkdaşlarının kreditləşməsi də mümkündür. Bunun üçün, sadəcə olaraq, müəssisənin zaminlik məktubu kifayət edir. Əlavə məlumat üçün 175 nömrəsinə müraciət edə bilərsiniz.

Rəsmi Məzənnələr

19.05.2012

1 USD
0.7858
1 EUR
0.9958
1 GBP
1.2384
1 TRL
0.4291
1 RBL
0.0253