hit counter joomla

Bank Haqqında

Hər bir Bank öz tarixi ilə fəxr edir. «Bank of Azerbaijan»-ın fəxr etdiyimiz və çox yüksək qiymətləndirdiyimiz 18-illik şanlı tarixi var. Bankın tarixi ilə fəxr edərək, Bankın rəhbərliyi və səhmdarları onun Azərbaycanın maliyyə bazarında mövqelərini inkişaf etdirmək və möhkəmləndirmək zəruriliyini dərk edir. Məhz bu səbəbdən Bankın səhmdarları tərəfindən rəhbərlik və kollektiv qarşısında yüksək və eyni zamanda nail oluna biləcəyimiz məqsədlər qoyulur ki, bunun da sayəsində Bank həm öz müştəriləri, həm də cəmiyyət və dövlət üçün faydalı ola bilər.


Tarixdən:

«Bank of Azerbaijan»-ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında «Rabbatbank» KB qismində 1993-cü ilin dekabr ayının 1-də qoyulmuşdur.

1998-ci ildə Bankın səhmləri «Türkiye Dış Ticaret Anonim Şirketi» türk şirkəti və iki azərbaycanlı fiziki şəxs arasında paylanmışdır, və bundan sonra Bankın adı «Ish Bankasi Azerbaycan» Birgə Kommersiya Bankı adı ilə əvəz olunmuşdur.

2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir.

2006-cı il bank üçün olduqca əlamətdar bir il oldu. 2006-cı ildə «Türkiye Dış Ticaret Anonim Şirketi» türk şirkəti Bankın səhmdarları sırasından çıxır, səhmlərin ona məxsus olan 1%-i isə «Nem Holdings Limited» ərəb şirkəti tərəfindən əldə edilmişdir. Bundan sonra səhmdarların ümumi iclasında Bankın adının ASC «Bank of Azerbaijan» adına dəyişdirilməsi haqda qərar qəbul edilmişdir.

2006-cı ildən etibarən bu günədək bank böyük nailiyyətlər əldə edib.


Bank bu gün:

Hal-hazırda «Bank of Azerbaijan» öz müştərilərinə, hesablaşma-kassa əməliyyatları, istehlakçı, kommersiya, ipoteka kreditlərinin verilməsi, əmanətlərin qəbul edilməsi, plastik kartların verilməsi, pul köçürmələri, bank seyflərinin icarəsi və s. daxil olmaqla, geniş spektrli xidmətlər təklif edir.

Bank, biznesin kreditləşməsi və ipoteka kreditləşməsinə dair dövlət proqramlarında fəal iştirak edir. Azərbaycan Respublikasının İpoteka Fondunun və Sahibkarlığa Dəstək Milli Fondunun agent-bankları sırasına daxildir, bu isə Banka əmanətçilərin depozitlərini sığortalamaq imkanını verir. Bu addım, şübhəsiz ki, Bank və əhalini daha da bir-birinə yaxınlaşdırır.
«Bank of Azerbaijan» korporativ idarəetmə sahəsində ISO-9001 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür ki, bu da «Bank of Azerbaijan»-da menecmentin səviyyəsinin yüksək olmasını bir də təsdiq edir.
Bank, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin və Azərbaycan Sahibkarları Milli Konfederasiyasının, eləcə də VISA International beynəlxalq ödəniş sisteminin üzvüdür.

Bankın prioritetlərindən biri filial şəbəkəsinin genişləndirilməsidir. Hal-hazırda «Bank of Azerbaijan» öz filial şəbəkəsini optimallaşdırır. Optimallaşdırma, ilk növbədə, əhaliyə daha da keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində aparılır. Hal-hazırda Bankın 16 filialı, 3 şöbəsi, 29 bankomatı və 500 POS-terminalı var.

«Bank of Azerbaijan» idman, tibb, təhsil, mədəniyyət, incəsənət, ekologiya kimi müxtəlif sahələri dəstəkləyərək, Korporativ Sosial Məsuliyyətə xüsusi önəm verir. Cəmiyyət qarşısında Sosial Məsuliyyəti dərk edərək, cəmiyyətin bütün təbəqələrinin problemləri «Bank of Azerbaijan»-ın diqqət mərkəzindədir.

«Bank of Azerbaijan»-ın müştəri bazası getdikcə artır, bu isə Bankın etibarlığının göstəricisidir.

«Bank of Azerbaijan»-ın şanlı tarixçəsi və hazırkı stabil vəziyyəti bankın böyük gələcəyinin göstəricisidir. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək, daima inkişaf edirik və öz fəaliyyətimizi təkmilləşdiririk. Əsas məqsədimiz əhaliyə daha da keyfiyyətli və əlverişli məhsulların və xidmətlərin təklif olunmasıdır.

Rəsmi Məzənnələr

19.05.2012

1 USD
0.7858
1 EUR
0.9958
1 GBP
1.2384
1 TRL
0.4291
1 RBL
0.0253