Bank Qarantiyaları
Bank Qarantiyaları - Bank - Qarant tərəfindən Prinsipalın tapşırığı və hesabına Benefisiara bank qarantiyası məktubunda göstərilən məbləğ hüdudunda pul vəsaitinin ödənilməsi üzrə buraxılan öhdəliyidir, bir şərtlə ki Benefisiar tərəfindən təqdim olunan bank qarantiyası üzrə ödəniş tələbi bank qarantiyası şərtlərinə ciddi şəkildə uyğun olsun, həmçinin bank qarantiyasında əlavə sənədlər göstərildiyi halda, mütləq şəkildə həmin sənədlər də ödəniş tələbinə əlavə olunmalıdır.
Bank Qarantiyası Sənədli Akkreditivdən fərqli olaraq, əsas müqavilə üzrə tərəflərin bu və ya digər öhdəliklərin təminatı forması kimi, lakin sənədli akkreditiv hesablaşma forması kimi idxal-ixrac əməliyyatlarında və ya ölkə daxilində istifadə olunur.
Bank qarantiyalarının 2 forması mövcuddur:
Birbaşa bank qarantiyaları - Bank tərəfindən birbaşa benefisiarın xeyrinə buraxılan, benefisiar
qarşısında birbaşa ödəniş üzrə öhdəlik olan bank qarantiyaları hesab
olunur. Başqa sözlə, qarant bank buraxılan bank qarantiyası üzrə yeganə
öhdəlik daşıyan bank hesab olunur. Birbaşa qarantiyalarda, Benefisiarın
Bankı da bank qarantiyasının şərtlərini və ya onun həqiqiliyini yoxlamaq
məqsədilə Benefisiara öz tərəfindən heç bir öhdəlik götürmədən avizo
edən bank kimi iştirak edə bilər.
Kontr qarantiyalar - Bəzi hallarda,
müqavilə üzrə tərəflər arasında inamsızlığın mövcud olması ilə bağlı
digər ölkədə yerləşən Benefisiar Prinsipaldan bank qarantiyasının özünün
yerləşdiyi ölkənin bankında və ya birinci dərəcəli xarici bankların
bank qarantiyasını tələb edir.
Nəzərə alaraq ki, Prinsipalın
yerləşdiyi ölkənin və emitent bankın riskləri benefisiar üçün məqbul
deyil, bununla Prinsipal emitent bankı kontr qarantiya buraxılması
haqqında təlimatlandırır.
Emitent bank Prinsipalın tapşırığı ilə
birinci dərəcəli xarici müxbir banka kontr qarantiyanın buraxılması ilə
həmin Qarant bankdan özünün bank qarantiyasının buraxılmasını həyata
keçirir.
Kontr qarantiyalarda, emitent bankla yanaşı qarant bank da
benefisiar qarşısında öhdəliyə malikdir, başqa sözlə Benefisiar bununla
özünün risklərini ikiqat sığortalayır.
Bank qarantiyalarının geniş istifadə olunan aşağıdakı növləri mövcuddur:
Tender bank qarantiyası (Bid Bond) - bu növ qarantiya, tender iştirakçısının tender keçirən qarşısında tender sənədləşməsinə müvafiq olaraq öhdəliklərinin təminatı üçün təqdim olunur.Bank qarant bununla Benefisiar qarşısında bank qarantiyasında göstərilmiş məbləğin ödənilməsi üzrə öz üzərinə öhdəlik götürür o halda, əgər Prinsipal aşağıdakı tender şərtlərindən birini pozursa:
- Əgər, Prinsipal tender təklifinin formasında göstərdiyi tender təklifinin qüvvədə olma müddəti ərzində öz təklifini geri götürərsə;
- Əgər, Prinsipal tender təklifinin qüvvədə olduğu müddət ərzində Benefisiar tərəfindən həmin təklifin akseptləşdirilməsi haqqında bildiriş aldıqda və bununla:
(a) Müqaviləni imzalaya bilməzsə, və imzalamaqdan imtina edərsə; və ya
(b)
Əsas şərtlər toplusuna uyğun olraraq, Müqavilənin yerinə yetirilməsinin
bank qarantiyasını təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina
edərsə,
Tender qarantiyasının tələb olunması məqsədi
iştirakçıların öz məsuliyyətini dərk etməsi və yeni tenderin keçirilmə
xərclərinin benefisiarın kompensasiya etməsidir. Başqa sözlə,
Prinsipalın tender şərtlərini pozduğu halda, bank qarant tərəfindən
Benefisiarın sərf olunmuş faydasının əvəzləşdirilməsi üzrə öhdəliyidir.
Ödənişin bank qarantiyası (Payment Guarantee) - bu növ qarantiya, Prinsipalın əsas müqavilə üzrə ödəniş öhdəliyinin təminatı üçün verilir.
Avans Ödəniş Qarantiyası (Advance Payment Bond) - bu növ qarantiya, Prinsipalın müqavilə üzrə köçürülmüş avans ödənişi çərçivəsində malların göndərilməsi, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi öhdəliklərinin icrasının təminatı üçün verilir.
Gömrük Qarantiyası (Gömrük Orqanlarının xeyrinə buraxılan) - bu növ qarantiya, Prinsipalın gömrük ödənişlərinin ödənilməsi
öhdəliyinin təminatı üçün verilir. Bu növ qarantiya təqdim olunmaqla,
Prinsipal özünə məxsus uzunmüddətli istifadə xarakteri olan
avadanlıqları, xüsusi tikinti texnikalarını və sair digər avadanlıqları,
qurğuları digər ölkələrdə keçirilən hər hansı sərgiyə, yarmarkaya və ya
hər hansı layihəni həyata keçirmək məqsədilə ölkə kənarına müvəqqəti
(yəni geri qaytarılmaq şərtilə) çıxarılmasını gömrük rüsumları,
ödəncləri ödənilmədən təmin edə bilir. Bununla bank qarant, yuxarıda
sadalanan avadanlıqların geri qaytarılmadığı təqdirdə, gömrük
rüsumlarının, ödənclərinin Benefisiara ödənilməsini öhdəliyə uyğun təmin
edir.
Müqavilənin Yerinə Yetirilməsinin Bank Qarantiyası (Performance Bond) - bu növ bank qarantiyası, Prinsipalın Benefisiar ilə bağladığı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin edir
Kredit Xətti Qarantiyası (Guarantee securing a credit line) - bu növ bank qarantiyası, Prinsipalın kredit və ya kredit xətti üzrə əsas məbləğin geri qaytarılması və ona hesablanmış faizlərin ödənilməsi üzrə öhdəliklərinin təminatıdır
Bank tərəfindən buraxılan bank qarantiyalarının xitam verilməsi və ya ləğv edilməsi aşağıdakı hallardan biri olduqda mümkündür:
- Bank qarantiyası verilmiş məbləğ benefisiara ödənildikdə;
- Bank qarantiyasında müəyyənləşdirilmiş müddət qurtardıqda;
- Benefisiar bank qarantiyası üzrə hüquqlarından imtina etdikdə və onu Qaranta qaytardıqda;
- Benefisiar qarantı onun öhdəliyindən azad etməsi barədə yazılı ərizə vermək yolu ilə bank qarantiyası üzrə hüquqlarından imtina etdikdə.
Yuxarıdakı hallardan biri baş verdikdə, Bank - Qarantın Benefisiar qarşısında bank qarantiyası üzrə öhdəliyinə xitam verilir.
Bank of Azerbaijan ASC tərəfindən bank qarantiyaları üzrə müştərilərə aşağıdakı məhsullar və xidmətlər göstərilir :
- Müxtəlif növ bank qarantiyalarının/kontr bank qarantiyalarının buraxılması və ya avizo olunması
- Digər banklar tərəfindən buraxılan bank qarantiyalarının həqiqiliyinin yoxlanılması
- Peşəkar mütəxəssislər tərəfindən məsləhətlərin verilməsi
Bank qarantiyalarının buraxılması üçün aşağıdakı sənədlər ilkin olaraq təqdim olunur:
- Müəyyən olunmuş formada bank qarantiyasının buraxılması üçün ƏRİZƏ
- Bank qarantiyası buraxılacaq əsas kommersiya müqaviləsinin/kredit razılaşmasının, tender sənədlərinin (tender elanının, tenderdə iştirak sorğusu), tenderdən sonra qalib elan olunması haqqında elanın və sair surətləri
- Bank qarantiyasının buraxılması üçün ƏRİZƏ doldurulduqdan sonra ƏRİZƏ müqavilə/tender sənədlərinin surətləri ilə birlikdə Bank of Azerbaijan ASC-yə və ya onun filiallarına təqdim olunur
Bank of Azerbaijan ASC-yə bank qarantiyası üzrə hər hansı formada təminat təqdim olunması arzu olunandır.
Rəsmi Məzənnələr
19.05.2012









