hit counter joomla

Mətbuat Otağı

«Bank of Azerbaijan», biznesin yüksək standartlara əsasən aparılmasının tərəfdarı olmaqla, Azərbaycanın iqtisadiyyatının inkişafına dəstək verir. «Bank of Azerbaijan»-ın korporativ siyasətinin prioritetləri sırasında səhmdarlar, investorlar və cəmiyyət qarşısında tamamilə şəffaf fəaliyyət, dövlət və ictimaiyyət qarşısında isə məsuliyyət xüsusi yer tutur. Məhz bu səbəbdən Bank, xarici kommunikasiyaların effektiv sisteminin qurulmasına böyük diqqətlə yanaşır.

«Bank of Azerbaijan»-ın kommunikasiya strategiyası müştəriləri və tərəfdaşlarının Bankın fəaliyyəti haqqda hərtərəfli məlumatlandırılmasına istiqamətlənib. Bu strategiyanı Marketinq və İnkişaf şöbəsi reallaşdırır.

Kommunikasiya şöbəsi ictimaiyyətlə əlaqələri təmin edir, və bu şöbənin məsuliyyətinin əsas məqamları ictimai təşkilatlar və ənənəvi və yeni media ilə qarşılıqlı əlaqələrin qurulmasından, xarici və daxili korporativ tədbirlərin və ünsiyyət layihələrinin həyata keçirilməsindən, Bankın Korporativ Sosial Məsuliyyət siyasətinin hazırlanması və geniş informasiya müşayiəti ilə həyata keçirilməsinin təmin olunmasından ibarətdir.

Biz əminik ki, KİV ilə konstruktiv dialoqun aparılması ictimaiyyətlə xeyirxah və möhkəm münasibətlərin qurulmasına zəmin yaradır. Jurnalistlərlə gündəlik işimizdə biz, fərdi yanaşma, eləcə də qarşılıqlı hörmət, inam, etimad və peşəkarlıq prinsiplərinə əsaslanırıq. Məlumatın keyfiyyəti və onun təqdim olunmasının operativliyi prioritet olduğu halda, biz Sizin vaxtınızı qiymətləndirib, fəaliyyətinizin xüsusiyyətlərini anlayırıq. Fəaliyyətimizin təşkilinə yüksək tələblərlə yanaşaraq biz, ölkənin iqtisadiyyatı və maliyyə bazarının inkişafının əsas aspektlərinə dair Bankın rəhbərliyi və ekspertlərindən aktual və həqiqəti əks etdirən məlumatların və şərhlərin vaxtında Sizə çatdırılması üçün çalışırıq. Hər gün biz «Bank of Azerbaijan»-da baş verən bütün əhəmiyyətli hadisələr haqqında Sizi məlumatlandırırıq.

Sual və təklifləriniz olduğu halda, bizə zəng edə və ya yaza bilərsiniz.

Rəsmi Məzənnələr

19.05.2012

1 USD
0.7858
1 EUR
0.9958
1 GBP
1.2384
1 TRL
0.4291
1 RBL
0.0253