Plastik kartlar haqqında
Ənənəvi nəğd pul vəsaitindən daha çox üstünlük təşkil edən ödəmə
vəsaitinin müasir növü - "elektron puldur". Müasir həyatımızda nağd pul
vəsaitləri öz yerini plastik kartlara verməkdədir. Artıq nağd pulların
qorunmasına görə narahat olmağa dəyməz. Plastik kartların yüksək müdafiə
dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha
etibarlıdır. Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən
kartdakı vəsaitin bəyan etmək tələbinin olmamasıdır və beləliklə
kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir. Plastik kartların
köməyilə hər hansı xərcləri, istər adi bir geyim əşyası olsun, istərsə
də restoranda şam yeməyinin haqqını rahatlıqla ödəyə bilərsiniz.
Bank
of Azerbaijan üçün hazırlanmış plastik kart dizaynları ən müasir dizayn
texnologiyalarına əsaslanaraq hazırlanıb və dünyanın bütün ölkələrində
qəbul olunur.
"Bank of Azerbaijan"-ın plastik kartları aşağıda göstərilən imkanları verir :
- İnternet vasitəsi ilə ödəmələr etmək
- SMS notification
- Mobile Banking
- Respublikada və xaricdə bankomatlar vasitəsilə nağd pul almaq
- Xaricə səfər etdikdə kartda olan vəsaiti deklarasiya etməmək
- Respublika ərazisində və xarici ölkələrdə xidmət və mallar üçün ödəniş etmək
- PİN kodla mühafizə olunan kartda vəsaitin etibarlı yerləşdirilməsi
- Kartdan karta pul köçürmələri etmək; "Card to Card" xidməti
- Kartlar 3 aydan 3 ilə qədər sifariş oluna bilər.
- Bizim plastik kart məhsulları vasitəsilə müxtəlif mağazalarda alış-veriş, sığorta və avia şirkətlərdə, restoranlarda və klinikalarda rahat ödəniş etmək imkanı.
Kart itdiyi halda və ya müştəri tərəfindən hər hansı bir sorğu,
əməliyyat etmək istəyi olarsa müştəri AzeriCard-a telefon vasitəsi ilə
müraciət edə bilər. Bu zaman AzeriCard MMC-də ( Əlaqə Nömrəsi: 012 194, zənglər 24 saat fasiləsiz qəbul edilir ) bu sorğunun
cavablandırılması üçün müştəri kart hesabının nömrəsini və ya kartın
üstündəki nömrəni deməklə bərabər, kartın məhz ona məxsus olduğunu
təsdiq edən, kart sifariş edən zaman seçdiyi kodu deməklə əməliyyatları
virtual apara bilər.Bu kod müştəri üçün zəruri olduğu qədərdə məxfi
saxlanılmalıdır.
"Bank of Azerbaijan" tərəfindən təklif olunan plastik kartlar :
- VISA Electron
- VISA Classic
- VISA GOLD
- VISA Platinum
| VISA Electron - Bu debet kartıdır lakin on-line rejimində işləyir və kart üzrə bütün əməliyyatlar elektron avtorizasiyadan keçməlidir. Bu kartla nağd pulu respublikanın bütün bankomatlarından və xaricdə beynəlxalq bankomat sistemindən almaq və POS terminallar vasitəsilə xidmətləri ödəmək olar. Bu kartda kredit xətti nəzərdə tutulmur. | |
| VISA Classic - bütün dünyada, üstündə Visa loqotipi olan bütün ticarat nöqtələrində, bankomatlarda, real və virtual mağazalarda, poçt və telefon vasitəsilə qəbul edilən universal ödəmə alətidir. Bu kart həm debet, həm kredit rejimində işləyə bilər. | |
| VISA GOLD - yüksək səviyyəli, sahiblərinə əla keyfiyyət təmin edən prestijli kartlardır. Bu kartlar da debet və kredit rejimlərində işləyə bilər. Adi kartlardan əsas fərqli cəhəti ondan ibarətdir ki, burada siz yüksək limiti imkanı qazanırsınız və onun minimal səviyyəsi 5000 ABŞ dollardan başlayır. | |
| VISA Platinum - bu kart Gold kartın inkişafı yolunda atılmış addımdır və onun sahibinin yüksək statusunu göstərir. Bu kartın sahibləri "Bank of Azerbaijan"-ın VIP müştəriləri sayılr. | |
Rəsmi Məzənnələr
19.05.2012









