20 Yanvar – ümümxalq matəm günüdür!
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Biz “Bank of Azerbaijan” ASC olaraq, həmin gün vətən yolunda canlarından keçmiş vətən övladlarına Allahdan rəhmət və ailələrinə isə səbr diləyirik!
Onu da qeyd edək ki, 20 yanvar ümümxalq matəm günü elan olunduqdan “Bank of Azerbaijan” ASC-nin filiallarında da qeyri-iş günü kimi qəbul edilmişdir.
Rəsmi Məzənnələr
19.05.2012









